Yevlax rayonunda bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayon sakini 72 yaşlı Zirəddin Quliyev özünə müalicə məqsədilə antibiotik iynəsi vurarkən halı qəfil pisləşib.
O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Z.Quliyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
Yevlax Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, fevralın 4-ü, saat 17:00 radələrində 1954-cü il təvəllüdlü kişi ağır vəziyyətdə təcili tibbi yardım avtomobili ilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Anafilaktik şok diaqnozu təyin edilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 20:40 radələrində bioloji ölüm faktı qeydə alınıb”.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər