Pakistan-Əfqanıstan sərhədində toqquşma - Ölənlər var

pakistan-efqanistan-serhedinde-toqqusma
Oxunma sayı: 3048

Əfqanıstan silahlı dəstələri Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

Qeyd olunub ki, Əfqanıstan döyüşçüləri dövlət sərhədinin 5-6 nöqtəsinə səbəbsiz atəş açıb.

Məlumata görə Pakistan cavab tədbirləri görüb.

İnsident nəticəsində beş əfqan hərbçinin həlak olduğu bildirilib.