“Parik”li oğru saxlanıldı - Video

parikli-ogru-saxlanildi
Oxunma sayı: 4311

Paytaxtın Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda 15 vətəndaşın evini talayaraq pul, qızıl və digər qiymətli əşyaları ələ keçirib.

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Şöhəsinin (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyatlarla hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şamo Əhmədov saxlanılıb.

Dindirmə zamanı saxlanılan şəxsin evləri talayarkən kimliyini gizli saxlamaq üçün süni taxma saçdan (“parik”) istifadə etdiyi də müəyyən olunub.

Ş.Əhmədov oğurladığı zinət əşyalarını satdığını bildirib.