Partiya lideri məmuru yumruqladı - Video

partiya-lideri-memuru-yumruqladi
Oxunma sayı: 6372

Gürcüstan parlamentində deputatlar arasında mübahisə düşüb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, hadisə Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze “Xarici təsirin şəffaflığı barədə” qanun haqqında çıxış edərkən baş verib.

Belə ki, müxalif “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili Mdinaradzeyə hücum edib. Bunun ardınca gürcü deputatlar arasında dava düşüb.

Xatırladaq ki, bu gün Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı barədə” qanun müzakirə edilir.