Dünyanın ən çox arzulanan çantasıdır - Qiyməti 980 avrodur

dunyanin-en-cox-arzulanan-cantasidir
Oxunma sayı: 290

“Lyst” platforması 2026-cı ilin üçüncü rübü üçün dünyanın ən çox arzulanan dəb əşyalarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Instagram”da məlumat verilib

Ekspertlər siyahının zirvəsində İtaliyanın “Prada” brendinə məxsus, yaşıl rəngli kiçik “Wish Silk Duchesse Pouch” çantasını qərarlaşdırıblar. Brendin rəsmi saytında qiyməti 980 avro olan bu çanta, çəhrayı və qara da daxil olmaqla, bir neçə başqa rəngdə də təklif olunur. İkinci yerdə kütləvi bazar brendi “COS”a aid, uzun saplı, qara dəri “Truflo Flap Bag” çantası, üçüncü yerdə isə “Celine” və “Reebok” əməkdaşlığı çərçivəsində hazırlanan ağ rəngli “Freestyle Lo” idman ayaqqabıları qərarlaşıb.