Vens İrana məktub göndərib

vens-irana-mektub-gonderib
Oxunma sayı: 220

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens İranla danışıqları bərpa etmək və münaqişənin həlli yollarını araşdırmaq məqsədilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayiyə məktub göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Vens bu addımı Prezident Donald Trampın göstərişi ilə atıb. Vitse-prezident Vaşinqtonla Tehran arasında yaxın həftələrdə hərbi əməliyyatların bərpasının qarşısını almağa imkan verəcək ortaq zəminin olub-olmadığını müəyyənləşdirməyə çalışır. Məktubda konkret sülh təklifinin yer almadığı bildirilir.

Nəşr qeyd edir ki, Vens ictimai çıxışlarında İrana qarşı hərbi əməliyyatları dəstəkləsə də, şəxsi söhbətlərində onların davam etdirilməsinin zəruriliyi ilə bağlı şübhələrini ifadə edib.