Ermənistanın Baş naziri Nikol Paşinyan Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Belçikanın Ermənistandakı səfiri Erik De Myunk açıqlayıb.
Paşinyan Brüsseldə martın 21-22-si nüvə enerjisi ilə bağlı keçiriləcək sammitdə iştirak edəcək. Bununla yanaşı, onun rəsmi şəxslərlə görüşü də gözlənilir.