Paşinyan vətəndaşlarından gizlətdiyi məqamı - Açıqladı

pasinyan-vetendaslarindan-gizletdiyi-meqami
Oxunma sayı: 4968

“Madrid prinsiplərindən başlayaraq, Qarabağ məsələsinin həlli üçün bütün variantlar problemin özünün həllini nəzərdə tutmur, heç vaxt nəzərdə tutmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ictimai televiziyasına müsahibəsində bildirib.

O qeyd edib ki, onu yalnız bir şeydə ittiham etmək olar. Bu isə Qarabağ məsələsinin həllinin mümkünsüzlüyünü vətəndaşlara vaxtında deməməyidir.

“Danışıqlar prosesində heç vaxt Qarabağ probleminin həllini təklif edəcək variant olmayıb. Təkcə bir variant var idi ki, 1999-cu ildə təklif edilmişdi, o da Mehri bölgəsinin Qarabağla dəyişdirilməsi idi”, - deyə Baş nazir bildirib.