Paşinyandan Ərdoğana təbrik

pasinyandan-erdogana-tebrik
Oxunma sayı: 5120

Ermənistanın Baş naziri Nikol Paşinyan ilkin nəticələrə əsasən Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə tviter hesabında bildirib.

“Prezident Rəcəb Tayyib Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edirik. Ölkələrimiz arasında münasibətlərin tam normallaşması istiqamətində birgə işi davam etdirməyi səbirsizliklə gözləyirik”, - deyə Paşinyan vurğulayıb.