Paşinyanın Brüssel görüşündə iştirakı təsdiqləndi

pasinyanin-brussel-gorusunde-istiraki-tesdiqlendi
Oxunma sayı: 1560

Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 14-ü Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilməsi planlaşdırılan görüşdə iştirakı təsdiq olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan açıqlayıb.

Onun sözlərinə görə, həmçinin mayın 19-u XİN rəhbərləri səviyyəsində görüş də planlaşdırılır. Görüşün Moskvada keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bir neçə gün əvvəl “Financial Times” qəzeti mayın 14-ü Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirləcəyi barədə məlumat yayıb.