Paşinyanın namizədi müdafiə naziri təyin olundu - Yenilənib

pasinyanin-namizedi-mudafie-naziri-teyin-olundu
Oxunma sayı: 3203

Arşak Karapetyan Ermənistanın müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumat Ermənistan hökumətinin rəsmi saytında yer alıb. Məlumata əsasən, ölkənin Baş naziri Nikol Paşinyan A. Karapetyanın istefaya göndərilməsi barədə sərəncam imzalayıb. 

Qeyd edək ki, Paşinyan Karapetyanı ölkənin Silahlı Qüvvələrinin Baş qərargahının rəis müavini vəzifəsindən azad edərək bu vəzifəyə gətirib. Bununla bağlı müvafiq qərar iyulun 20-si verilib. Arşak Karapetyan faktiki olaraq elə həmin gün istefa vermiş müdafiə naziri Vaqarşak Arutyunyanın səlahiyyətlərini icra etməyə başlayıb.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin müdafiə naziri vəzifəsinə öz namizədinin adını açıqlayıb. N. Paşinyan ölkə Prezidenti Armen Sarkisyana Arşak Karapetyanı müdafiə naziri təyin etməyi təklif edib. Bununla yanaşı, Nikol Paşinyan Baş nazirin müavini vəzifəsinə ərazi idarəetmə və infrastruktur naziri vəzifəsini icra edən Suren Papikyanı təklif edib. 

***

Arşak Karapetyan Ermənistanın müdafiə naziri təyin olunub. Bu barədə Prezident Armen Sarkisyan Fərman imzalayıb.

***

Bununla yanaşı, Armen Sarkisyan Surek Papikyanın Baş nazirin müavini təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.