Günəbaxan tumları bazarında lider olan “Patron” şirkəti yeni içkiləri ilə də bazara çox iddialı giriş edib.
“Qafqazinfo” xəbər verir ki, qısa müddət əvvəl yeni “Patron” içkilərini təqdim edən şirkət digərləri üçün çox ciddi rəqibdir.
Belə ki, qısa müddət əvvəl təqdim olunmasına baxmayaraq, “Patron” içkilərinin mağazalarda satışları durmadan artır. Buna əsas səbəb məhsulun keyfiyyətinin yüksəkliyi və dadının hər kəsin zövqüncə olmasıdır.
Həmçinin aparılan düzgün reklam kampaniyaları məhsulun qısa vaxtda məşhurlaşmasına səbəb olub. Bu dəfə şirkət “Patron” içkiləri üçün sima olaraq Xalq artisti Tünzalə Ağayevanı seçib.
“Patron”la yola davam sloqanı ilə yayımlanan reklam çarxı qısa müddətdə izləyicilərin diqqətini çəkib.