“Pegasus” İstanbul-Gəncə aviareysi üzrə uçuşlara başlayır

pegasus-istanbul-gence-aviareysi-uzre-ucuslara-baslayir
Oxunma sayı: 2064

Türkiyənin “Pegasus Airlines” aviaşirkəti İstanbul-Gəncə-İstanbul istiqaməti üzrə uçuşlar yerinə yetirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat aviaşirkətin rəsmi saytında yer alıb.

Uçuşlar martın 18-dən etibarən İstanbulun Sabiha Gökçen Hava Limanından Gəncə Beynəlxalq Hava Limanına həyata keçiriləcək.

Mart ayı üzrə İstanbuldan Gəncəyə biletin qiyməti 857 TL (təxminən 108 AZN), əks istiqamət üzrə isə 1098 TL (təxminən 139 AZN)  təşkil edəcək.