Pensiyaların ödənilməsi bu tarixdə yekunlaşacaq

pensiyalarin-odenilmesi-bu-tarixde-yekunlasacaq
Oxunma sayı: 4600

Martın 15-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə “Qafqazinfo”ya Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar martın 7-də ödənilib.