İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Lideri Müctəba Xamenei ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran prezidentinin Mətbuat xidməti bəyanat yayıb.
“Pezeşkian görüşün səmimi şəraitdə keçdiyini, müzakirələrin təxminən iki saat yarım davam etdiyini bildirib”, - məlumatda deyilir.
Qeyd edək ki, bu, Xamenei ilə Pezeşkianın şəxsi görüşü barədə ilk rəsmi məlumatdır. Martın 12-də İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai Ali Liderin ABŞ və İsrailin zərbələri nəticəsində yaralandığını təsdiqləmişdi. Hərbi əməliyyatların başlanmasından indiyədək Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmayıb, onun bütün müraciətləri isə yazılı formada dərc edilib.
Son xəbərlər
Son Xəbərlər