Polis 200 milyonluq kokain ələ keçirdi

polis-200-milyonluq-kokain-ele-kecirdi
Oxunma sayı: 1582

Kolumbiya polisi yeddi ton kokain ələ keçirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kolumbiya hakimiyyəti məlumat yayıb.

Məlumata əsasən, Apartado şəhərində təhlükəsizlik qüvvələri “Zaliva” cinayətkar qruplaşmasına məxsus 7 ton kokaini müsadirə ediblər.

Narkotik maddələrin Mərkəzi Amerikaya getməli olan meyvə yüklərinin arasında gizlədildiyi bildirilib.

Kolumbiya Müdafiə Nazirliyinin məlumatına əsasən narkotik maddənin Nyu-York küçələrində ümumi dəyəri təxminən 200 milyon dollardır.