Polis avtomat, pulemyot, tapança aşkarladı

polis-avtomat-pulemyot-tapanca-askarladi
Oxunma sayı: 697

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

“Qafqazinfo” nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 17-si polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 1 avtomat, 1 pulemyot, 1 tapança, 1 qumbara, 11 tüfəng aşkar ediblər.

Bundan başqa, 10 patron darağı, 458 ədəd müxtəlif çaplı patron və 192 ədəd mərmi də aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.