Polisdən qanunsuz silah saxlayanlara - Çağırış

polisden-qanunsuz-silah-saxlayanlara
Oxunma sayı: 1475

“Əgər vətəndaşda döyüş silahı varsa, o silah hansısa cinayətdə istifadə olunacaq. Əgər istifadə olunma ehtimalı yoxdursa, o silah onun nəyinə lazımdır?”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyev sosil şəbəkə səhifəsində yazıb.

O, qanunsuz silah saxlayan şəxslərə müraciət edərək, həmin silahları təhvil verməyə çağırıb:

“Qanunsuz saxlanılan odlu silah kimdə varsa təhvil verilməlidir. Könüllü veriləcəyi təqdirdə cəza təhdidi yaranmır. Başqa sözlə, könüllü təhvil verilsə, DİN həmin şəxsə təşəkkür edəcək”.