Polkovnikin oğlunun faciəvi ölümü ilə bağlı - DİN-dən açıqlama

polkovnikin-oglunun-facievi-olumu-ile-bagli
Oxunma sayı: 8733

Daxili İşlər Nazirliyi sabiq polis rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğlunun ölümü ilə bağlı məlumat yayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumatda qeyd olunur ki, avqustun 4-də saat 19 radələrində İmişli rayonunun Allahmədətli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “Range Rover” markalı avtomobili aşırıb.

Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.