Polşada hökumətdən narazı olan fermerlər Varşava istiqamətində yürüş keçirib və paytaxtın mərkəzində nəqliyyatın hərəkətini iflic ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Polsat” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, polşalı fermerlər Elm və Mədəniyyət Sarayının binasından Seym binasına və Baş nazir Donald Tuskun ofisinə doğru hərəkətə başlayıblar.
Aksiya iştirakçıları əllərində Ukraynadan Polşaya kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulmasını tələb edən plakatlar və bannerlər daşıyıblar.
Qeyd edək ki, polşalı fermerlərin etirazları yanvarın sonundan, yüzlərlə traktorla Ukraynadan Varşavaya gedən magistral yolu bağladıqdan sonra yenidən başlayıb. Fermerlər taxıl daşıyan Ukrayna yük maşınlarına hücum etməyə başlayandan sonra münaqişə daha da şiddətlənib.