“Postmüharibə dövründə 6000 mənzil təqdim edilib”

postmuharibe-dovrunde-6000-menzil-teqdim-edilib
Oxunma sayı: 542

“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə postmüharibə dövründə 6000 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilib, habelə 474 avtomobil müharibə əlillərinə təqdim edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən bildirib.

Baş nazir deyib ki, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri çərçivəsində hərbi qulluqçulara 473 ədəd tam təmirli mənzil alınıb.

Zaur Mirzə