Premyer Liqanın tarixinə düşdü

premyer-liqanin-tarixine-dusdu
Oxunma sayı: 3403

Referi Rebekka Uelç İngiltərə Premyer Liqası tarixində kişilərdən ibarət komanda matçınında fəaliyyət göstərən ilk qadın hakim olub.

“Qafqazinfo” xəbər verir ki, İngiltərəli referi Premyer Liqanın 11-ci turunun “Fulhem” – “Mançester Yunayted” (0:1) oyununda 4-cü hakim olub. 

Bununla da o, ölkənin əsas futbol çempionatında kişilərdən ibarət komandaların oyununda iştirak edən ilk qadın hakim olub.

Uelç əvvəllər kişilərin oyunlarını hakim kimi idarə etmişdi, lakin bu oyunlar Çempionşip, Liqa 1  və Liqa 2 çərçivəsində idi.