Prezident hakimi qanunvericiliyi pozduğuna görə işdən çıxardı

prezident-hakimi-qanunvericiliyi-pozduguna-gore-isden-cixardi
Oxunma sayı: 7916

Prezident İlham Əliyev Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda qeyd edilir ki, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.