“Qafqazinfo” xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bu, ölkədəki dövlət çevrilişi nəticəsində baş verib. Dünən Husi şiə hərəkatı ilə aparılan danışıqlar nəticəsində konstitusiyaya müəyyən dəyişikliklər ediləcəyini bildirən ölkə başçısı bu gün vəzifədən gedib.
Bu gün səhər üsyançılar prezident sarayını ələ keçiriblər. Hökumət nümayəndələri və etirazçılar arasında müəyyən razılıq yaranmasına baxmayaraq, onlar ölkənin baş naziri Xalid Məxfuzun da kortejinə silahlı hücum təşkil ediblər.
Husi-Yəmən hökumətinə qarşı döyüşən şiə qruplarından biridir. Yəmən iddia edir ki, onların arxasında İran dayanır.
***
“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, parlament prezidentin istefasını qəbul etməyib.
Bununla bağlı sabah səhərə iclas təyin edilib.
Son xəbərlər
Son Xəbərlər