Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində fədakar əməyinə, Azərbaycanda təhsilin və mətbuatın inkişafında xidmətinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə fəxri adlar verilib:
“Əməkdar həkim”
Əlləzov Çingiz Bayram oğlu – tibb xidməti polkovniki
“Əməkdar müəllim”
Məmmədova Nərgiz Qədir qızı
“Əməkdar jurnalist”
Hüseynov Rəşid Məmməd oğlu.
***
Prezidentin digər sərəncamı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. Sərəncama əsasən aşağıda adları göstərilən hərbi qulluqçulara general-mayor ali hərbi rütbəsi verilib:
Polkovnik Bağırov Gəray Abbas oğlu
Polkovnik Əfəndiyev Ənvər Zəkəriyyə oğlu
Polkovnik Əlibəyov Elxan Əlibəy oğlu
Polkovnik Məmmədov Fuad Nadir oğlu.
Son xəbərlər
Son Xəbərlər