Prezident onu “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

prezident-onu-vetene-xidmete-gore-ordeni-ile-teltif-etdi
Oxunma sayı: 14072

Prezident İlham Əliyev Tahir Süleymanovla bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Tahir Süleyman oğlu Süleymanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, T. Süleymanov dörd çağırış Milli Məclisin deputatı olub. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinidir.

Sentyabrın 24-ü onun 74 yaşı tamam olacaq.