Prezident Sahib Ələkbərovu yeni vəzifəyə təyin etdi

prezident-sahib-elekberovu-yeni-vezifeye-teyin-etdi
Oxunma sayı: 11484

Prezident İlham Əliyev İqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. 

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, sərəncamla bu vəzifə Sahib Nurəddin oğlu Ələkbərova həvalə edilib. 

Sahib Ələkbərov indiyə qədər Vergilər nazirinin müavini olub. 

O, 2005-2009-cu illərdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2010-cu illərdə Dövlət Statistika Komitəsi sədrinin müavini, 2 iyul 2010-cu il tarixindən isə Vergilər nazirinin müavini vəzifələrində çalışıb.