Prezidentdən Qafqaz Müsəlmanları İdarəsi ilə bağlı - Sərəncam

prezidentden-qafqaz-muselmanlari-idaresi-ile-bagli
Oxunma sayı: 6293

Azərbaycan prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, “İslam Həmrəyliyi İli”nin davamı kimi 2018-ci ildə keçiriləcək əlavə tədbirlərin maddi təminatı üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.