“Prezidentə və birinci xanıma ilk gündən göstərdikləri bütün dəstəyə görə təşəkkürümü bildirirəm” - Video

prezidente-ve-birinci-xanima-ilk-gunden-gosterdikleri-butun-desteye-gore-tesekkurumu-bildirirem
Oxunma sayı: 10966

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib. 

“Qafqazinfo”ya açıqlama verən mərhum deputatın qardaşı Hüseyn Paşayev bildirib ki, keçən həftənin şənbə günü Qənirə xanımın səhhətində ciddi problemlər baş verib:

“İlk anda Mərkəzi Klinikada onun müalicəsi dövlət nəzarətinə götürüldü. Mümkün olan bütün tədbirlər həyata keçirildi, qardaş Türkiyədən də həkimlər dəvət olundu. Ancaq təəssüf ki, xəstəlik çox ciddiləşmişdi, onun həyatını xilas etmək mümkün olmadı. Mən dövlətimizə, cənab Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya ailəmizə göstərdiyi həm mənəvi, həm də digər dəstəklərə görə təşəkkürümüzü bildirirəm. Eyni zamanda, Heydər Əliyev Fonduna da, onun məsul şəxslərinə də öz dərin minnətdarlığımızı bildirəm. Allah dövlətimizi qorusun”.