“Prezidentin 10 günə 3 sammitdə iştirakı çoxşaxəli xarici siyasətdir”

prezidentin-10-gune-3-sammitde-istiraki-coxsaxeli-xarici-siyasetdir
Oxunma sayı: 748

“Prezident İlham Əliyevin oktyabrın ilk 10 günlüyündə üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb:

“1-2 oktyabr - Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr - Qəbələdə Türk Dövlətləri Təşkilatının sammiti. Türk dünyasının həmrəyliyi və birliyi; 9-10 oktyabr - Düşənbədə MDB Sammiti”.