Prezidentlərə Füzuli aeroportunun rəmzi açarları təqdim olundu - Video

prezidentlere-fuzuli-aeroportunun-remzi-acarlari-teqdim-olundu
Oxunma sayı: 5792

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.

“Qafqazinfo”nun məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ərdoğanı hava limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. İlham Əliyev Ərdoğanla Füzuli aeroportunun lentini kəsib.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlət başçılarına Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarlarını təqdim edib.

Həmçinin oxuyun: Füzuli aeroportunda səmimi ab-hava - Video

Əliyev Ərdoğanla Füzuli aeroportunun lentini kəsdi - Video + Fotolar