Xəbər verdiyimiz kimi, bu gün Tacikistanın paytaxtı Düşənbə şəhərində “Dostluq Axşamı” konsert proqramı keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlər konsertə baxıblar.
Konsertdə sözləri Orxan Mürvətliyə, musiqisi Vüqar Mirzəyevə aid “Əzizim” mahnısı da ifa edilib.
Qeyd edək ki, sözügedən mahnı Xalq artisti Eyyub Yaqubovun ifasında daha çox məşhurlaşıb.
Həmin anın görüntülərini təqdim edirik: