Bakıda yol kənarındakı yük maşınına çırpılan "Toyota Prius" markalı avtomobilin sürücüsü ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Xətai rayonu, 8 Noyabr prospektində baş verib.
Belə ki, Bəxtiyar Həsənovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil prospektin kənarında dayanmış "MAN" markalı yük avtomobilinə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan B.Həsənov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.