Putin “KamAZ” sürdü - Video

putin-kamaz-surdu
Oxunma sayı: 2408

Rusiya Prezidenti Vladimir Putinin “KamAZ” markalı yük maşınını sürdüyü görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülər Kremlin saytında paylaşılıb.

O, Baş nazirin müavini Marat Xusnullinlə yük maşınına minib. Onlar M-12 Vostok magistralının Kazan yaxınlığındakı hissələrinin birində yerləşən çoxfunksiyalı zonaya gediblər.

Kadrlardan görünür ki, kabinədə Putini gözləyən Xusnullin prezident içəri daxil olanda onunla zarafat edib:

“Vladimir Vladimiroviç, salam! Məni M-12 Vostok şossesinə apara bilərsinizmi?”