Putin Paşinyanla görüşdü - Yenilənib

putin-pasinyanla-gorusdu
Oxunma sayı: 3041

Rusiya Prezidenti Vladimir Putin bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirəcək.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, görüş Soçidə baş tutacaq.

Xatırladaq ki, Soçidə Rusiya və Belarus Prezidentləri arasında da görüş keçirilib. 

***

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüş Soçidə baş tutub.

Görüşün detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Paşinyan Avrasiya İqtisadi Birliyinin və MDB hökumət başçılarının iclasında iştirak etmək üçün Soçiyə gedib.