Putin Paşinyanla telefonla danışdı - Yenilənib

Putin Paşinyanla telefonla danışdı
Oxunma sayı: 1934

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabineti yayıb. 

Tərəflər söhbət zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Kreml Rusiya və Ermənistan liderlərinin telefon danışığına dair məlumat yayıb.

Bildirilib ki, müzakirələr zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlərin bütün kompleksinin ardıcıl icrasının vacibliyi vurğulanıb.

“İkitərəfli gündəlikdə duran bəzi aktual məsələlərə də toxunulub”, - Kremlin məlumatında qeyd olunub.