Putinə əlcək hədiyyə etdi

putine-elcek-hediyye-etdi
Oxunma sayı: 2965

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko ölkə Prezidenti Vladimir Putinə xüsusi əməliyyatın iştirakçılarına göndərilən əlcəklərin eynisindən hədiyyə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Şimal Donanmasının mətbuat xidməti teleqramda məlumat yayıb.

Hədiyyənin “Vətənin Müdafiəçisi Günü” üçün verildiyi bildirilir.

“Federasiya Şurasının qadınlarından eyni cür əlcəklər, corablar və digər isti paltarlar müntəzəm olaraq Şimal Hərbi Dairəsi zonasına göndərilir”, - məlumatda qeyd olunub.