Türkiyənin “Aydınlıq” qəzeti hava limanında baş verən terrorla bağlı səs-küylü iddia ortaya atıb.
“Qafqazinfo” xəbər verir ki, qəzet Atatürk hava limanında 36 nəfərin ölümü ilə nəticələnən terror hücumunu “Rusiya ilə barışa bombalı reaksiya” başlığı ilə təqdim edib.
Qəzetin iddiasına görə, baş verən terror Ərdoğanın Putinə göndərdiyi barış məktubuna ABŞ-ın qanlı cavabıdır. İki liderin telefon görüşməsinə saatlar qalmış 3 canlı bombanın özünü partlatmasının təsadüfi olmadığı bildirilir.
Bundan başqa, digər müəmmalı məqam ABŞ Xarici İşlər Nazirliyinin terrordan əvvəl Türkiyəyə səhayət edən vətəndaşlarına “diqqətli olun” xəbərdarlığını etməsi olub.
Son xəbərlər
Son Xəbərlər