Qadın 10-cu mərtəbədən düşüb - Öldü

qadin-10-cu-mertebeden-dusub
Oxunma sayı: 3467

Abşeron rayonunda bir neçə saat öncə qadın 10-cu mərtəbədən yıxılıb.

Abşeron Rayon Polis Şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, hadisə Abşeron Gənclər Şəhərciyində baş verib.
Qızının evinə qonaq gələn təxminən 70 yaşlı qadın ehtiyatsızlıqdan 10-cu mərtəbədən yıxılıb.
Hələ ki, şəxsiyyəti müəyyənləşdirilməyən qadın hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd