Qadın evində yanaraq öldü - Yenilənib

qadin-evinde-yanaraq-oldu
Oxunma sayı: 2143

Bu gün gecə saatlarında Şəkidə ev yanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin M. Abbasov küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Yanğın zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Salmanova Ziyafət İdris qızının yanmış cəsədi aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəkidəki yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, yanğının yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mübariz Muradov