Qadın gözdən əlilin ona göz vurduğunu sanıb onu döydü

qadin-gozden-elilin-ona-goz-vurdugunu-sanib-onu-doydu
Oxunma sayı: 7552

Xaçmaz rayonunun Pirquluoba kəndində sakin tanımadığı qadın tərəfindən döyülüb.

“Qafqazinfo”nun məlumatına görə, 1982-ci il təvəllüdlü kənd sakini, III qrup əlil Vüqar Mərdan oğlu Osmanov baş ağrıları şikayətilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə müraciət edib. Xəstəxanaya verdiyi məlumata görə, o, kənddə tanımadığı qadın tərəfindən baş nahiyəsinə şillə və yumruqla zərbələrə məruz qalıb. Əlavə olaraq bildirib ki, başında çoxsaylı qəlpələr var və bir gözü görmür. Qadının ona iradı göz vurmağı olub. O isə bildirib ki, “mən kor olduğum halda necə göz vura bilərəm ki?”.

Xəstəxanada V.Osmanovun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Emin Gülağaoğlu