Qadın güləşçimizdən bürünc medal

qadin-gulescimizden-burunc-medal
Oxunma sayı: 1459

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə Reytinq Seriyasının 3-cü mərhələsində 2 qadın güləşçimiz mübarizə aparıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva yarışda bürünc medal qazanıb. 57 kq-da çıxış edən idmançı 1/4 finalda çinli Kexin Honqa 1:12 hesabıyla məğlub olub. Amma rəqib finala yüksəldiyi üçün Əliyeva türkiyəli Elvira Kamaloğlu ilə bürünc medal görüşünə çıxıb.

Rəqibinə 8:4 hesabıyla qalib gələn Azərbaycan təmsilçisi üçüncü yeri tutub.

62 kq-da yer alan Elis Manolova isə ilk mərhələdə özbəkistanlı Dilfuza Aimbetovaya "tuş"la qalib gəlsə də, 1/4 finalda almaniyalı Luisa Niemeşlə bacarmayıb - 1:2. Rəqib finala adlaya bilmədiyi üçün Manolova mübarizəni dayandırıb.