Qadın ofisiant pivəyə görə bıçaqlanıbmış

qadin-ofisiant-piveye-gore-bicaqlanibmis
Oxunma sayı: 7047

Qazax rayonunda kafedə baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 33 yaşlı Elvin Abbasov tanışları Mərdan Əsliyev və Şahid Aslanovla kafeyə gələrək pivə istəyiblər. 

Ofisiant 26 yaşlı Türkan Şamayeva pivəni gec gətirdiyi üçün Elvin Abbasov onu bıçaqlayıb. Yaralı T. Şamayeva ilə yaxın münasibəti olan 21 yaşlı İsrafil Camalov da buna görə həmin 3 şəxsi bıçaqlayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Murad Əhməd