Qadını döyərək zorladılar - Sabirabadda dəhşət

qadini-doyerek-zorladilar
Oxunma sayı: 13185

Sabirabad rayonunda qadının iki həmkəndlisi tərəfindən döyülərək zorlanması faktı ilə bağlı cinayət işi başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini Nəzrin Ağayeva (şərti) polisə müraciət edərək bildirib ki, iyunun 12-də evdə olarkən iki kənd sakini qapını sındıraraq evə zorla girib:

“Kənd sakinləri F. Əmrahov və Ə. Əmrahov evə girib məni döyməyə başladılar. Yalvarışlarıma məhəl qoymayaraq paltarımı cırıb məni zorladılar. F. Əmrahov mənimlə zorla cinsi əlaqədə olduğu vaxt da döyərək fiziki işgəncə verirdi. Daha sonra Ə. Əmrahovu çağırıb dedi ki, “sən də bunu zorla”. O da məni döyərək zorla cinsi əlaqədə oldu. Sonra çıxıb getdilər”.

N. Ağayeva qeyd edib ki, üç gün sonra özünə gələrək polisə müraciət edib: “Məni ekspertizaya göndərdilər, ekspert döyüldüyümü və zorlandığımı təsdiqlədi”.

Məsələ ilə bağlı Sabirabad Rayon Prokurorluğundan ‘’Qafqazinfo’’nun sorğusuna cavab olaraq bildirilib  ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 149.1-ci (zorlama) maddəsiylə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, 12 yaşlı oğlu ilə birgə yaşayan qadın mağazaların birində xadimə işləyir.

***

N.A-ın yaşadığı evdə həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov tərəfindən zorlanması ilə bağlı  Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 

Faiq Əmrahov və Əvəz Əmrahov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.