Qadınlar Günü ilə bağlı valideynlərə çağırış

qadinlar-gunu-ile-bagli-valideynlere-cagiris
Oxunma sayı: 4844

“Müəllimlər üçün əsas dəyər şagirdlərin nəticələridir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı valideynlərə çağırış edən E. Bağırov hər hansı neqativ hal müşahidə edilsə, qabaqlayıcı tədbirlərin görüləcəyini bildirib: “Hər il sosial şəbəkələrdə bununla bağlı neqativ  paylaşımlara rast gəlirik. Ümid edirəm ki, bu bayramı müəllim adına və nüfuzuna xələl gətirməyən şəkildə qeyd edəcəyik”.

Lamiyə Məmmədova