Qafqaz universiteti Neft Məktəbinin idarəçiliyinə verildi

qafqaz-universiteti-neft-mektebinin-idareciliyine-verildi
Oxunma sayı: 14951

Bu gün bağlanan Qafqaz universitetinin tələbələrinin taleyinə aydınlıq gətirilib.

"Qafqazinfo" xəbər verir ki, SOCAR-ın  vitse-prezidenti Xaliq Məmmədovun sözlərinə görə, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib:

"Tələbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və pedoqoji heyət də fəaliyyətini davam etdirəcək".