Qafqaz Universitetinə yeni rektor təyin olunub

qafqaz-universitetine-yeni-rektor-teyin-olunub
Oxunma sayı: 7200

Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə yeni rektor təyin olunub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov təyin edilib.

H. Məmmədov faktı təsdiqləyərək bildirib ki, o bu gün Qafqaz Universitetinin kollektivinə təqdim edilib

Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək universitetin iyulun 20-də bağlanması haqqında qərar qəbul olunduğunu bildirib.

Bundan sonra universitetin idarəçiliyi BANM-ə verilib.