“Qalatasaray”dan tarixi qələbə - Video+Yenilənib

qalatasaraydan-tarixi-qelebe
Oxunma sayı: 4312

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə bu gün start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günü 4 qarşılaşma keçiriləcək.

Türkiyə təmsilçisi “Qalatasaray” İngiltərə “Liverpul”unu qəbul edəcək.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

21:45. “Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə)

***

Komandaların start heyətləri bəlli olub:

“Qalatasaray”: Uğurcan Çakır, Sinqo, Sançes, Əbdülkərim, Yakobs, Lemina, Torreyra, Sara, Barış Alper Yılmaz, Noa Lanq, Osimhen.

“Liverpul”: Mamardaşvili, Qomes, Konate, Van Dayk, Kerkez, Qravenberx, Mak Allister, Soboslai, Salah, Virts, Ekitike.

***

Matç başladı.

***

Mario Lemina 7-ci dəqiqədə hesabı açır.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Osimhen 62-ci dəqiqədə fərqlənsə də, qol oyundakənar vəziyyətə görə qeydə alınmır.

***

71-ci dəqiqədə “Liverpul”un oyunçusu İbrahima Konatenin vurduğu qol da qeydə alınmadı.

***

Matç başa çatdı. İstanbul təmsilçisi minimal hesabla (1:0) rəqibini məğlub edir. Tərəflər arasındakı cavab oyunu isə martın 19-da baş tutacaq.