Türkiyə Superliqasında baş tutan qalmaqallı “Trabzonspor” – “Fənərbaxça” matçının cəzaları açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə Peşəkar Futbol İntizam Komitəsi meydan sahibinə bundan sonra keçiriləcək 6 ev oyununu azarkeşsiz oynamaq cəzası verib.
Bundan başqa, “Fənərbaxça”nın 2 futbolçusu Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyunluq cəza alıblar. Osayi Samuelə isə cəza verilməyib.
Xatırladaq ki, Türkiyə Superliqasının 30-cu turunda keçirilən “Trabzonspor”-“Fənərbaxça” (2:3) qarşılaşmasında meydan sahibinin azarkeşləri futbolçulara hücum etmişdi.