Qanunsuz rejimin qalıqları Xankəndidə bir qrup dinc sakini girov götürüb

qanunsuz-rejimin-qaliqlari-xankendide-bir-qrup-dinc-sakini-girov-goturub
Oxunma sayı: 9162

Xankəndini tərk etmək niyyətində olan erməniəsilli sakinlərin böyük bir qrupu qanunsuz rejimin qalıqları tərəfindən girov götürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “Caliber”in teleqram kanalında paylaşılıb.

Məlumata görə, Xankəndidə bir qrup erməniəsilli sakin şəhəri tərk edərək Ermənistana getmək istəyir.

Bildirilir ki, dinc sakinlərin qohum və tanışlarının yaşadığı ölkəyə gedərək vəziyyət sakitləşənə qədər orada gözləmək istəmələri başadüşüləndir. Daxil olan müraciətlər nəzərə alınaraq Azərbaycan bu məqsədlə lazımi təhlükəsiz dəhliz də təşkil edib.

Lakin Xankəndidə qalan qanunsuz rejimin qalıqlarının idarə etdiyi erməni silahlı birləşmələri sözügedən insanları girov götürüb və canlı sipər olaraq istifadə etmək niyyətindədirlər.